Bu və digər məlumatlar Dövlət Statistika Komitəsinin 2021-ci ildə açıqladığı "Məhrumiyyətlərə və sosial inklüzivliyə dair statistik müayinənin nəticələri" hesabatında yer alıb.
Suyu olmayan tualet
Evində su ilə təmin olunmuş tualeti olmayan ev təsərrüfatlarının payının ən yüksək olduğu iqtisadi rayon Şəki-Zaqataladır. Bu bölgədə hər 10 evdən birində su ilə təmin olunmuş tualet yoxdur. Şəki-Zaqatala iqtisadi rayonuna Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları daxildir. Bu göstərici ölkə üzrə 5 faizdir. Tədqiqatın nəticələrinə görə, şəhərlərdə bu, 2, kənd yerlərində isə 9 faizə bərabər olub.
Paltaryuyan ala bilməyənlər
DSK-nın tədqiqatına görə, ölkə üzrə ailələrin 8.9 faizi pulsuzluqdan paltaryuyan maşın ala bilmir. Bu göstərici şəhərlərdə 5.3, kənd ərazilərində isə 13.4 faizə bərabərdir.
Buna da bax: Ən çox hansı rayonda ailələrin ət və dərmana pulları çatmır?Maddi imkansızlıq səbəbindən paltaryuyan maşın ala bilməyənlərin ən çoxu Quba-Xaçmaz iqtisadi rayonundadır – 16.1 faiz. Bu iqtisadi rayonun tərkibinə Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları daxildir.
Hətta işlənmiş avtomobil ala bilməyənlər
DSK-nın tədqiqatından məlum olub ki, ölkə üzrə ev təsərrüfatlarının 60 faizinin pulu olmadığına görə işlənmiş minik avtomobil almaq imkanı yoxdur. Müvafiq göstərici şəhərlərdə 64, kəndlərdə isə 59 faizə bərabər olub. Belə ailələrin ən yüksək payı Bakıda (68), ən aşağı payı Qarabağ iqtisadi rayonundadır (41). Sonuncuya işğaldan azad edilmiş ərazilərlə yanaşı, Ağcabədi, Bərdə və Tərtər rayonları da daxildir.
Buna da bax: Rəsmi rəqəmlərə görə, ən çox işsiz Mingəçevirdədir, Naxçıvanda isə işsiz yoxdurTV və soyuducu – az qala, hər evdə
DSK-nın tədqiqatına görə, ölkə üzrə maddi imkansızlıq səbəbindən televizoru və soyuducusu olmayan ev təsərrüfatlarının sayı 0.1, telefon (stasionar yaxud mobil) ala bilməyənlərin sayı 0.3 faizə bərabər olub.
* Sorğuda bütün ölkədən 10 min 200 ailə iştirak edib