İctimai fəal Qiyas İbrahimov Türkiyəyə buraxılmayıb
Sizin brauzer HTML5-i dəstəkləmir
Bu barədə Azadlıq Radiosuna Qiyas İbrahimovun anası Şura Əmiraslanova məlumat verib. Deyib ki, oğlu artıq 5 aydır ki, Türkiyədə yaşayırmış, bu ölkədə yaşamaq üçün 1 illik rəsmi icazəsi olub. Bir müddət əvvəl Bakıya gəlib. Geri qayıtmaq istəyəndə sərhədçilər onun deportasiya olunduğunu bildiriblər.