Tovuz rayonunun Quşçu Dondar kəndin bir qrup sakini bu gün, fevralın 28-də Bakıda etiraz aksiyası keçiriblər.
Aksiya iştirakçıları 11-yaşlı Nərmin Quliyevanın öldürülməsində təqsirli bilinən İlkin Süleymanovun həbsinə etiraz ediblər.
Onların sözlərinə görə, İ.Süleymanovun həmin qətlə aidiyyəti yoxdur və onun azadlığa buraxılmasını tələb ediblər.
N.Quliyeva 2019-cu il noyabrın 21-də yoxa çıxıb, yanvarın 6-da isə onun cəsədi kənd ərazisində tapılıb.
İş üzrə N.Quliyevlərin qonşusu İ.Süleymanov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək həbs olunub. İ.Süleymanovun yaxınları iddia edir ki, o, işgəncələr altında özünə qarşı ifadələr verib.
Amma Azərbaycan hüquq-mühafizə orqanları İ.Süleymanova işgəncə verilməsi ilə bağlı iddiaları təkzib ediblər.
Aksiyaya isə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.