Ermənistanın Sünik (Zəngəzur) vilayəti Tex kəndinin iki sakini kənd təsərrüfatı işləriylə məşğul olarkən Azərbaycan ərazisinə daxil olublar. Bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Hadisənin iyunun 12-də baş verdiyi deyilir.
Nazirlikdən bildirilir ki, sakinlər ərazidə istiqaməti itirərək traktorla Azərbaycan ərazisinə keçiblər.
Ermənistan və Azərbaycan hərbi qulluqçuları, o cümlədən, Rusiya sülhməramlıları ilə danışıqlardan sonra hər iki kəndlinin sərbəst buraxıldığı, texnikalarının da geri qaytarıldığı qeyd olunur.
Azərbaycan tərəfi bu məsələ ilə bağlı hələki hansı bir açıqlama verməyib.