Azərbaycanda həbsdə olan iki erməninin işi üzrə məhkəmə istintaqı başladı

İşxan Sarqsyan və Vladimir Rafaelyanın məhkəməsi

Azərbaycanda həbsdə olan Ermənistanın iki vətəndaşı - İşxan SarqsyanVladimir Rafaelyanın işi üzrə yanvarın 10-da məhkəmə istintaqı başlayıb. Onların işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri, lakin Bakıda - Sabunçu Rayon Məhkəməsində keçirilir.

Məhkəmədə ittiham aktı – onların hansı əməllərdə suçlandığı elan edilib. Adları çəkilən Ermənistan vətəndaşlarına terrorçuluq, Azərbaycan sərhədini qanunsuz keçmə, təxribat törətmə, qanunsuz silah-sursat saxlama kimi maddələrlə ittiham irəli sürülüb. Bu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Özlərini təqsirli bilmirlər

Sarqsyan və Rafaelyan ittihama münasibət bildirərkən özlərini təqsirli bilməyib. Onlar bildirib ki, bütün hərbçilər kimi, onlar da əmr icra edirlər.

Təqsirləndirilən şəxsləri ötən ilin mayında Kəlbəcər rayonu istiqamətində saxlayan azərbaycanlı hərbçilər də məhkəmədə şahid qismində dindirilib.

Bu prosesdə dindirmələr başa çatıb. Yanvarın 24-də keçiriləcək növbəti məhkəmə iclasında cinayət işinin materiallarındakı sənədlər olunacaq, ardınca çıxışlar mərhələsi başlanacaq. Prokuror hər iki təqsirləndirilən şəxsə cəza istəyəcək.

Məhkəmədə anket məlumatları dəqiqləşdirilərkən Sarqsyan ali hərbi təhsilli, mühəndis-istehkamçı, Rafaelyan isə mühəndis-istehkam üzrə ixtisaslaşmış hərbi qulluqçu olduğunu deyib.

İttiham

Cinayət işinin materiallarında iddia olunur ki, təqsirləndirilən şəxslər 2021-ci il mayın 26-dan 27-nə keçən gecə Kəlbəcər istiqamətində sərhədi qanunsuz keçərək Azərbaycan ərazisini minalayıblar. Bu zaman Azərbaycan hərbçiləri onları saxlayıb, üzərilərində olan tank və piyadalar əleyhinə minalar götürülüb.

Ermənistan tərəfi mayın 27-də yaydığı bəyanatda adları çəkilən vətəndaşlarının Azərbaycan ərazisində saxlandığını təkzib edib. Həmin şəxslərin Azərbaycanla sərhəddə, Ermənistan Silahlı Qüvvələri tərəfindən mühafizə olunan ərazidə mühəndis işləri apararkən girov götürüldüyü bildirilib.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsi və ətraf yeddi rayona nəzarəti bərpa edib. Qoşunların təmas xəttinə və Laçın dəhlizinə isə Rusiya hərbçiləri yerləşdirilib.