Dərmanların reklamı yasaqlana bilər. Təklif qəbul edilərsə, yasaq yalnız həkim resepti ilə buraxılan dərmanlara aid olacaq.
Ölkə parlamentinin səhiyyə komitəsi oktyabrın 26-da sözügedən təklifləri müzakirə edib. Bu haqda parlamentin mətbuat xidmətinin məlumatında bildirilir.
Komitə sədri Əhliman Əmiraslanovun bildirdiyinə görə, “Reklam haqqında” və “Dərman vasitələri haqqında” qanunlara dəyişikliklər edilməsi təklif olunur.
Buna da bax: İdxal bahalandıqca, saxta mal istehsalı artır
Layihəyə əsasən, həkim resepti olmadan buraxılan dərman vasitələri, tibbi təyinatlı texnika, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodları reklam oluna bilər. Üstəlik, reklam verən yayıcıya dərman və digərləri ilə bağlı müvafiq icra hakimiyyəti orqanından verilmiş qeydiyyatı təsdiqləyən sənədin surətini də təqdim etməlidir.
Hazırda qüvvədə olan qanunvericilikdə bu tələblər nəzərdə tutulmayıb.
Komitə təklifləri plenar iclasa tövsiyə edib.