Belarus hüquq-mühafizə orqanları hakimiyyətin avtoritar prezident Alyaksandr Lukashenka-dan müxalifətə ötürülməsi məqsədilə yaradılmış şuranın aparıcı üzvlərindən birini saxlayıb.
Polisin maliyyə cinayətləri bölməsi avqustun 31-də Koordinasiya Şurası Rəyasət Heyətinin 7 üzvündən biri olan Lilia Vlasovanı saxlayıb, habelə onun evində axtarış aparıb.
Bu barədə məlumatı onun həmkarı Paval Latushka özünün Telegram postunda yayıb.
67 yaşlı Vlasova bu ayın əvvəllərində mübahisəli 9 avqust prezident seçkisinin ardınca başlanan kütləvi etiraz aksiyalarının gedişində yaradılmış şuranın rəyasət heyətinin saxlanan ən azı üç üzvündən biridir.
Rəyasət heyətinin iki üzvü 10 sutkalıq həbs edilib və 7 üzvdən azı 6-sı sorğu-sual olunub.
Belarusa 26 ildir kiI, rəhbərlik edən Lukashenka avqustun 9-da keçirilən daha bir prezident seçkisində qalib elan edilib. Lakin bu seçkinin onun xeyrinə saxtalaşdırıldığına inanılır.
Sizin brauzer HTML5-i dəstəkləmir
Lukashenka inadından dönmür
Ölkə vətəndaşları son üç həftə ərzində seçkinin rəsmi nəticələrinə kütləvi etiraz aksiyaları keçirirlər.
Avqustun 24-də paytaxt Minskdə keçirilən aksiyada 200 mindən çox insan iştirak edib.
Lakin Lukashenka hələki istefası və seçkinin yenidən keçirilməsinə dair tələblərə məhəl qoymur. O avqustun 30-da kameralar qarşısında əlində Kalaşnikov avtomatı ilə görünərək geriyə çəkilməyəcəyini nümayiş etdirib.
Onun baş prokuroru sözü gedən şura barəsində cinayət işi açıb. O iddia edir ki, bu qurum “hakimiyyətin qanunsuz qəsb edilməsi” məqsədilə yaradılıb və “anti-Rusiya” mahiyyəti daşıyır.
Hazırda Koordinasiya Şurasının fəaliyyətində 600-dək fəal iştirak edir. Onlardan 70-ə qədəri təşkilatın “bel sütununu” təşkil edir.
Vlasovaya gəlincə isə o, 1990-cı illərdə Belarusda ilk özəl hüquq məsləhətxanasını yaradıb və Belarus Hüquqşünaslar İttifaqının üzvüdür.