Ən yaxşı jurnalistlər sırasında «Azadlıq» radiosunun əməkdaşı da var

Müsabiqənin qaliblərini Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev təltif edib

Mədəniyyət və Turizm Nazirliyi ötən il mədəniyyət sahəsində ən yaxşı jurnalist işlərini müəyyənləşdirən müsabiqənin nəticələrini açıqlayıb. Qaliblərə mükafatların təqdimatı yanvarın 30-da «Park İnn» otelində baş tutub.


Müsabiqə iki nominasiya-çap və elektron KİV-də getmiş materiallar üzrə aparılıb.


Radio və televiziyada mədəniyyət sahəsində ilin ən yaxşı jurnalistləri sırasında «Azadlıq» radiosunun əməkdaşı Sevda İsmayıllının da adı var.


Sevda xanımın hazırladığı «İZ» mədəniyyət proqramı bu nominasiya üzrə 3-cü yeri tutub. Müsabiqənin qaliblərinə mükafatları Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev təqdim edib.