Fevral - «Füyuzat» dərgisinin materialları ayrıca kitab halında çapdan çıxdı.
Mart - Moskvada yaşayan ünlü yazar Çingiz Hüseynov təzəcə çapdan çıxan «Bitmək bilməyən məktub»dan-Azərbaycanda diqqətdən kənarda qalmış «Doktor N.» romanının yeni nəşrindən ilk dəfə «Azadlıq» radiosuna söz açdı, Səməd Vurğunun 100 illik yubileyi qeyd olundu.
Aprel - «Molla Nəsrəddin» dərgisi 100 yaşına çatdı.
May -Vyanada Üzeyir Hacıbəyova abidə ucaldıldı.
İyun -Bakıda Beynəlxalq Caz Şənliyi keçirildi. Fransadan gələn «Qaça-qaç» caz qrupuna Ceyhun Hacıbəylinin nəvəsi Kleman Hacıbəyli rəhbərlik edirdi.
İyul - «Bizimki» adlı elektron ədəbi dərgi fəaliyyətə başladı.
Avqust - Azərbaycan müəllimlərinin ilk qurultayından 100 il ötdü.
Sentyabr -Avstriya paytaxtında-Vyana Kamera Teatrında «Arşın mal alan» operettası tamaşaya qoyuldu.
Oktyabr -kompyuterdən istifadə vərdişləri aşılayan azərbaycandilli vəsait işıq üzü gördü, Yusuf Akçuranın «Türkçülüyün tarixi», Əli Nəzminin «Keçmiş günlər» adlı mənzum memuarı nəşr edildi.
Noyabr - Azərbaycan Dövlət Radiosu 80 yaşını və Dövlət Televiziyası 50 yaşını tamamladı, Kaşğarlı Mahmudun dünyaca ünlü «Divani-luğat-it türk» dördcildliyi nəşr olundu.
Dekabr -Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyət festivalı keçirildi.