670 gündəlik yoluxma aşkarlanıb, 15 ölüm

COVID-19

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 670 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 211 nəfər sağalıb.

Bu məlumatı martın 22-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 15 nəfər də vəfat edib: "Azərbaycanda indiyədək ümumilikdə 246 min 974 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 233 min 87 nəfər sağalıb, 3 min 366 nəfər vəfat edib, aktiv xəstə sayı 10 min 521 nəfərdir".

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 5 min 928, hazırkı dövrədək isə ümumilikdə 2 milyon 782 min 463 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.7 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.