Yasamal Rayon Məhkəməsində "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri Arif Alışanovun professor Qulu Məhərrəmlidən xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə iclası başa çatıb.
Fevralın 13-də hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən cinayət təqibinə xitam verilib.
Buna da bax: Hansı xarici televiziyaya baxmağı MRTŞ təsdiqləməlidirmi?
Media eksperti Q. Məhərrəmli ötən ilin fevralında mətbuatda Azərbaycan telekanallarının ümumi vəziyyətini təhlil edərkən dövlət büdcəsindən maliyyələşən AzTV-ni də ciddi tənqid etmişdi.
O, sədr A.Alışanovu qeyri-peşəkarlıqda, intellektual bəsitlikdə, yaradıcı menecmenti və idarəçiliyi bilməməkdə günahlandırmışdı.
Buna da bax: Teletənqidçinin apelyasiya şikayəti təmin olunmadı
A.Alışanov isə məhkəməyə müraciət edərək həm mülki qaydada Q.Məhərrəmlinin 100 min manat cərimə olunmasını, həm də xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147.1 (böhtan)və 148-ci (təhqir) maddələri ilə onun cinayət məsuliyyətinə cəlb olunmasını istəmişdi.