Yashin:"Kadyrov təhlükədir"

Ilya Yashin

Ruysyanın müxalifət liderlərindən olan İlya Yashin fevralın 23-də Çeçenistan lideri Ramzan Kadyrovun fəaliyyəti ilə bağlı “Milli təhlükəsizliyə təhlükə” adlı hesabatını açıqlayıb.

Yashin çıxışında deyib ki, İndiki Çeçenistan rejiminə görə Rusiya prezidenti Vladimir Putin cavabdehlik daşıyır və Rusiya hakimiyyətinin göz yumması nəticəsində bu respublikada korrupsiya çiçəklənir.

Müxalifət lideri deyib ki, Kadyrov Çeçenistanda müsəlman dininin normalarına zidd olan kiçik islan dövləti qurub. O Kadyrovu şəxsiyyətə pərəstişkarlıqda ittiham edib.

İlya Yaşin çıxışında müxalifətdə olan siyasətçi Boris Nemtsovun qətlini terror adlandırıb və bildirib ki, bunun arxasında Kadyrovun “şəsxi qvardiyası” olan “Sever” batalyonu durur.

O həmçinin Kadyrovu Yamadayev qardaşlarının qətli və Donbasa könüllülər göndərməkdə ittiham edib.

Məlumata görə Yashin “PARNAS” ın ofisində hesabatla çıxış edərkən bomba qoyulması barədə anonim zənglər edilib.

Amma o iştirakçıları buna məhəl qoymamağa və yerlərində qalmağa çağırıb.

Yashin əlindəki hesabatı göstərərək deyib ki, “Bomba mənim əlimdədir”.

Bir neçə dəfə polis xəbərdarlığından sonra Yashin bir neçə suala cavab verərək tədbirin yekunlaşdırılmasını təklif edib və yekun olaraq deyib ki, “Rusiya azad olacaq”.