Suriyada kasset bombalardan istifadə olunur

Foto arxiv

İnsan haqları müdafiəçiləri Rusiya ilə Suriyanın keçirdiyi birgə əməliyyatlarda qadağan olunmuş kaset bombalardan istifadə edildiyini deyirlər.

Human Rights Watch təşkilatının yanvarın 8-də yaydığı məlumata görə, yanvarın 26-dan bu yana Suriyanın 5 əyalətində keçirilən azı 14 əməliyyatda bu cür silahlardan istifadə edilib.

Təşkilat bu hücumlarda qadın və uşaqlar da daxil olmaqla azı 37 mülki sakinin öldüyünü bildirir.

Hesabatda deyilir ki, Suriya ilə Rusiya Hələb, Dəməşq, İdlib, Homs, Hama və digər əyalətlərə nəzarəti ələ keçirməyə çalışırlar.

Təşkilatın məlumatına görə hesabat şahidlərin dedikləri, tibb işçiləri və jurnalistlərin məlumatlarına əsasən hazırlanıb.

Rusuya öz hücumları zamanı bu cür silahlardan istifadə etmədiyini deyir.