Soçidə "danışan zibillik"
Bıtx çayı Üç-Dərə kəndi ərazisində yerləşən bu zibillikdən keçir. Zibillik hələ Sovet hakimiyyəti illərindən burada olub.
Zibilliyin yaxınlığında Lu, Atarbekov və Üç-Dərə kəndi yerləşir.
Zibilxananın ərazisində gölməçələr yaranır.
Üç-Dərə kəndinin sakini Rita Kravchenko bu ərazidə zibilixananın əleyhinə kampaniya aparır. O, bildirir ki, bu qanunsuz zibilixana Bıtxa çayını da çirkləndirir. Bu çayın töküldüyü yerdə dənizdə çimmək qeyri-mümkündür.
Zibillikdən buxar qalxır. Yerli sakinlər narahatdırlar ki, bu buxar zəhərli ola bilər.
Rita Kravchenko Üç-Dərə kəndi yaxınlığındakı meşədə müxbirlərə bələdçilik edir.
Kravchenko çaya axan suyun zibillikdən keçməzdən əvvəl nə qədər təmiz olduğunu nümayiş etdirir.
Üç-Dərə kəndi yaxınlığında bu göl gözəl mənzərə yaradır. Kəndlərin çoxunda çoxlu meyvə bağları var.