Türkiyənin “Milliyət” qəzeti xəbər verir ki, Mustafa Denizli 2 türk futbol ulduzunu Lənkərana gətirmək istəyir. Qəzet təzəlikcə “Xəzər” Lənkəran futbol klubunun baş məşqçisi olan Denizlinin “Eskişehirspor”lu Necati Ateşi və “Beşiktaş”lı İbrahim Toramanı Azərbaycana gəlmələri üçün dilə tutduğunu yazır. Hər 2 futbolçu təklifə ciddi yanaşdıqlarını, amma düşünməkdən ötrü bir qədər zamana ehtiyac duyduqlarını bildiriblər. Qəzet özəlliklə İbrahim Toramanın cəzalı olması səbəbindən və “Beşiktaş”da oynaya bilməməsini əsas gətirərək transferi mümkün sayır.