Çempionlar Liqasının qrup mərhələsində III turun oyunları yekunlaşıb

Oktyabrın 23-də çempionlar Liqasının qrup mərhələsində III turun oyunları yekunlaşıb. İkinci oyun günündə A, B, C və D qruplarında 8 qarşılaşma keçirilib.

B qrupunda Türkiyənin “Qalatasaray” klubu Danimarkanın “Kopenhagen”klubu ilə qarşılaşıb. İstanbulda keçirilən maçda “Qalatasaray”lılar Danimarka təmsilçilərini 3:1 hesabı ilə məğlub edib. Beləliklə Türkiyə təmsilçiləri qrupda 2-ci pilləyə qalxıb.
İspaniyanın “Real” klubu öz meydanında “Yuventus”u qəbul edib. oyun 2:1 hesabı ilə başa çatıb.

PSJ və “Bavaria” isə rəqiblərini 5 cavabsız qolla məğlub edib. Səfərdə “Bayer”lə qarşılaşan A qrupunun lideri “Şaxtyor” 4:0 hesabı ilə məğlub olub.


A qrupu
" Bayer 04 Leverkusen " (Almaniya) - "Şaxtyor" (Ukrayna) 4:0

"Manchester United" (İngiltərə) - "Real Sosyedad" (İspaniya) - 1:0


B qrupu
“Real” (İspaniya) - “Juventus” (İtaliya) 2:1

“Qalatasaray” (Türkiyə) - “Kopenhagen” (Danimarka) - 3:1


C qrupu
“Anderlecht” (Belçika) - PSJ (Fransa) 0:5

“Benfica” (Portuqaliya) - “Olympiacos Piraeus” (Yunanıstan) 1:1


D qrupu
MOİK (Rusiya) – “Manchester City” (İngiltərə) 1:2

“Bavaria” (Almaniya) – " Viktoria Plzeň " (Çexiya) 5:0