Alman mütəxəssislər Milli Dram Teatrında səs sistemini təkmilləşdirirlər

Milli Dram Teatrı

-
Almaniyanın «SALZBRENNER STAGETEC MEDIAGROUP» və «WAAGNER BIRO stage systems» şirkətlərinin əməkdaşları Thomas DürrbeckMichael Steiner Akademik Milli Dram Teatrında olublar.

Xəbəri AzadlıqRadiosuna Milli Dram Teatrının mətbuat xidməti verib.

Onlar teatrda quraşdırılan səs və səhnə avadanlıqlarının vəziyyəti ilə tanış olub, sistemin təkmilləşdirilməsi üçün təkliflər irəli sürüblər.

Əldə olunan razılığa əsasən, növbəti aylarda alman mütəxəssislər Akademik Milli Dram Teatrında quraşdırılmış səs və səhnə avadanlıqlarının təkmilləşdirilməsi, tənzimlənməsi, nasazlıqların aradan qaldırılması istiqamətində işə başlayacaqlar.

Bu isə sistemin daha dəqiq işləməsinə, səhnə texnikasının təkmilləşməsinə, rəqəmsal texnologiyaların tam gücü ilə istifadəsinə şərait yaradacaq.

Xəbərdə deyilir ki, növbəti mövsümdən etibarən hazırlanan tamaşalarda bu texnologiyaların imkanlarından tam şəkildə yararlanmaq imkanı olacaq.

Akademik Milli Dram Teatrında əsaslı təmir-bərpa işlərindən sonra quraşdırılan dünya standartlarına uyğun texniki avadanlıqlar yüksəkkeyfiyyətli tamaşaların hazırlanmasına və dolğun səhnə effektləri yaratmağa imkan verir.