Yeni yay serialı – «Ailəmiz» başlayır

«Ailəmiz» serialı

-
Azərbaycan teleməkanında yeni serial görünəcək.

Xəbəri AzadlıqRadiosuna serialın quruluşçu rəssamı Mehriban Əfəndi verib.

Onun dediyinə görə, bu serial Azərbaycan seriallarının içərisində özünəməxsusluğu və komik janrda çəkilməsi ilə fərqlənəcək.

Yeni serial «Lider» kanalı və «Premier Cinema Production»ın birgə layihəsidir.

«Ailəmiz» serialının təqribən iyunun 23-dən «Lider» kanalında yayımı və bütün yay mövsümü nümayişi planlaşdırılır.

Serialın rejissoru Elnur Əliyev, ssenari müəllifi Elvir Yunis, operatoru Samir Süleymanov, quruluşçu rəssamı Mehriban Əfəndidir.

Baş rollarda Əmrulla Nurullayev, Arzu Rzayev, Aynur Hacıyeva, Aytən Rəsulzadə, Günay Əhməd və Elvir Yunis çəkilirlər.

Serialın anonsları artıq «Lider» kanalı ilə yayımlanır.