Azərbaycanda daha bir idmançı intihar edib

Foto arxiv

Bu son 3 gündə baş verən ikinci belə intihar hadisəsidir. Vesti.az-ın məlumatına görə, bu dəfə kikboksinq üzrə keçmiş Avrasiya çempionu, idman ustası, 1977-ci il təvəllüdlü Fərhad Aşurov özünü asıb.

Abşeron Rayon Polis Şöbəsinin məlumatına görə, hadisə ötən gün Xırdalan şəhərinin Quşçuluq yaşayış massivində qeydə alınıb. Fərhad Aşurov özünü evin giriş qapısı üzərindəki qaz borusundan asıb.

Məlumata görə, narkotikə aludə olduğunu bildikdən sonra onu federasiyadan kənarlaşdırıblar və bundan sonra o, həbsxanaya düşüb.Keçmiş idmançının səhəti və psixoloji durumunda problemləri yaranıb. Bu səbəbdən, Aşurov nevroloji dispanserdə uçota durub. Aşurov ayağından əməliyyata da hazırlaşırmış.

Faktla bağlı araşdırma gedir.

Ötən şənbə günü isə Sumqayıtda sambo üzrə dünya çempionu, idman ustası Əhəd Rəcəbli özünü asıb.