Rəssam Toğrul Nərimanbəyov vəfat edib

Toğrul Nərimanbəyov

-
SSRİ və Azərbaycan Xalq Rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Toğrul Nərimanbəyov iyunun 8-də vəfat edib.

T.Nərimanbəyov 1930-cu il avqust ayının 7-də Bakıda anadan olub. O, 1950-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini, 1955-ci ildə isə Litvanın paytaxtı Vilnüsdə Rəssamlıq İnstitutunu bitirib.