Tanınmış musiqiçinin Bakıda pulsuz konserti olacaq

François Chaplin

-
Azərbaycandakı Fransız İnstitutu və Beynəlxalq Muğam Mərkəzi bakılıları tanınmış pianoçu François Chaplin-in fortepiano konsertinə dəvət edir.

Xəbəri AzadlıqRadiosuna Azərbaycandakı Fransız İnstitutundan veriblər.

Konsert mayın 16-da saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində (Neftçilər Prospekti 9) olacaq.

10 illik fasilədən sonra François Chaplin yenidən bakılılar qarşısına çıxacaq.

Tanınmış fransız pianoçusu François Chaplin Paris Milli Musiqi Konservatoriyasında pianoçu Ventsislav Yankoff-un və Jean-Claude Pennetier-in tələbəsi olub.

Seniqalliya Beynəlxalq Müsabiqəsinin (Concours International de Senigallia) laureatı olan François Chaplin 1989-cu ildə Klivlend Beynəlxalq Müsabiqəsində Motzart mükafatına (Prix Mozart) və Robert Casadesus mükafatına da layiq görülüb.

Onun parlaq və dinamik beynəlxalq karyerası üçün bu mükafatlar başlanğıc nöqtəsi olub.

O, Dövlət Lil Orkestri, Sankt-Peterburq Filarmoniya Orkestri, Yaponiya Filarmoniya Orkestri, Paris Orkestr Ansamblı və s. kimi məşhur musiqi kollektivləri ilə çıxış edib.

Bakı konsertinin proqramına Motzart-ın, Chopin-in, Faure-nin, Debussy-nin əsərləri daxildir.

Giriş azaddır.

http://www.youtube.com/embed/UO3L-8cSuUA?feature=player_detailpage