«Arşın mal alan» Krımdadır

Musiqi Komediya Teatrında «Arşın mal alan»

-
Rusiyanın Simferopol şəhərinin Rus-Tatar Akademik Musiqili-Dram Teatrında Üzeyir Hacıbəylinin «Arşın mal alan» operettasının premyerası olacaq.

Xəbəri Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi yayıb.

Krımın azərbaycanlı icmasının rəhbəri Rəhim Hümbətovun dediyinə görə, bu möhtəşəm tamaşa Novosibirskdə də göstəriləcək.

Tamaşaçılar «Arşın mal alan»ı Barnaulda keçirilən «Addım» II Teatr Festivalı çərçivəsində mayın 6-dan etibarən Altay Dövlət Musiqili Komediya Teatrının kiçik səhnəsində görəcəklər.

Tamaşa Novosibirsk Dövlət Teatr İnstitutunun aktyorluq və rejissorluq kafedrasının dosenti Anatoli Axreyevin yaradıcı işi sayılır.

Baş rolları aktyorlar Asan Bilyalov (Əsgər), Əminə Cövdətova (Gülçöhrə) ifa edəcəklər.

Tamaşanın rejissoru Rinat Bektaşovdur.

Bu operetta yarandığı gündən bəri bütün dünyanı dolaşıb.

Bu il 100 illik yubileyi qeyd olunacaq operetta 76 ölkənin 187 teatrında tamaşaya qoyulub.