Azərbaycan teatrının «Həsənzadə»si 100 yaşına çatdı

Əli Zeynalov

-
Bu gün saat 19:00-da Akademik Milli Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə görkəmli teatr və kino aktyoru, Xalq Artisti, Dövlət mükafatı laureatı Əli Yusif oğlu Zeynalovun anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək.

Xəbəri Akademik Milli Dram Teatrının mətbuat xidməti AzadlıqRadiosuna verib.

Əli Zeynalov 1913-cü il aprelin 4-də Salyanda doğulub.

Onun atası Yusif Zeynalov Sovetlər dövründə ilk əlifba kitabının müəllifi olub.

Əli Zeynalov vaxtilə Akademik Milli Teatrın ən parlaq aktyorlarından sayılıb.

Onun cazibəli görkəmi, ürəyəyatan səsi, güclü aktyorluq məharəti vardı.

O, həm də bədii qiraət ustası kimi məşhurlaşmışdı.

«Uzaq sahillərdə» filmində baş rolun ifaçısını— Mixaylonu da Əli Zeynalov səsləndirib.

Əli Zeynalovun «İki ömrüm olsaydı» adlı kitabı da var.

Aktyor 40 Azərbaycan filmində çəkilib.

Amma onun yaratdığı ən sevilən obraz İlyas Əfəndiyevin «Sən həmişə mənimləsən» tamaşasındakı Həsənzadə obrazıdır.

Uzun illər sonra bu obrazı eyniadlı teletamaşada Rasim Balayev canlandırıb.

Əfsanəvi aktyor 1988-ci ildə dünyadan köçüb.