Azad Fikir Universitetində «Zərdablı adam»ı tanıdılar - [Video]

Sizin brauzer HTML5-i dəstəkləmir

“Zərdablı adam”

-

«Çelovek iz Zardoba»- «Zərdablı adam» kitabı

Tanınmış mədəniyyətşünas alim Rəhman Bədəlovun yeni kitabı belə adlanır- «Çelovek iz Zardoba»- «Zərdablı adam».
Kitab Həsən bəy Zərdabiyə - müəllifin özünün bildirdiyi kimi - «ən böyük azərbaycanlı»ya həsr olunub.
Ünlü yazar Çingiz Hüseynovun önsöz yazdığı və «kino üçün sənədli fantaziya» janrında yazılan bu əsər Azərbaycanın ilk maarifçisinin yaşam və fəaliyyət tarixçəsinə, ekran diliylə desək, iri planda baxışdır.
Təqdimat mərasiminə ən müxtəlif peşə adamları, özəlliklə gənclər qatılmışdılar.
Tanınmış ziyalılardan Əli Abbasov, Niyazi Mehdi, Tamirlan Bədəlov, Natiq Cəfərli və başqaları 10 il boyunca yazılan bu çox gərəkli kitaba görə müəllifə təşəkkürlərini dilə gətirdilər.
Professor Rəhman Bədəlov Açıq Fikir Universitetinə toplaşanların çoxsaylı suallarını cavablandırdı.
Kitab «Qanun» nəşriyyatında işıq üzü görüb.
«Zərdablı adam» barədə daha ətraflı AzadlıqRadiosunun «İz» proqramının gələn saylarında danışılacaq.