Fevralın 26-da Avropa Parlamentində Xocalı faciəsi anılacaq

Avropa Azərbaycan Cəmiyyəti fevralın 26-da Avropa Parlamentində Xocalı faciəsi ilə bağlı anım mərasimi keçirəcək.

APA-nın məlumatına görə, tədbirdə Avropa Parlamentinin deputatları, region üzrə ekspertlər, beyin mərkəzlərinin təmsilçiləri və media nümayəndələri də iştirak edəcək.

Tədbirdə Xocalı faciəsi və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr olacaq.