Naxçıvanın qədim mədəniyyətinə aid sayt yaradılıb

Naxçıvanda Koroğlunun heykəli

-
Naxçıvan Muxtar Respublikası ərazisində aparılan arxeoloji araşdırmaların, ilkin şəhər mədəniyyətinin təbliği məqsədilə yeni sayt yaradılıb.

Xəbəri Mədəniyyət və Turizm Nazirliyinin saytı yayıb.

www.qedim.nakhchivan.az saytında Naxçıvanın orta tunc, Kür-Araz, eneolit və s. dövrlərin mədəniyyətlərini əhatə edən qədim yaşayış yerləri - Qazma mağarası, Gəmiqaya, Xaraba Gilan, qədim duz mədəni, Oğlanqala, I, II Kültəpə, I, II Maxta və digər tarixi yerlərdə aparılan arxeoloji tədqiqatlar, onların nəticələri öz əksini tapıb.

Saytda həmçinin Naxçıvan tarixinə, mədəniyyətinə, folkloruna dair sənədlər, elektron kitablar, toplular, məqalələr, fotoalbomlar, regionun qədim mədəniyyətinin araşdırılması məqsədilə imzalanan sərəncamlar yer alıb.