Aitmatov-un doğum günü «Yazarlar Günü» oldu

Chinghiz Aitmatov

-
Dünya şöhrətli qırğız yazıçısı Chinghiz Aitmatov-un doğulduğu gün—12 dekabr bundan sonra Qırğızıstanda «Yazıçılar günü» kimi qeyd olunacaq.

CIHAN Xəbər Agentliyinin verdiyi məlumata görə, Qırğızıstan Məclis Başqanı Asılbek Ceenbekov-un təklifi ilə Jogorku Keneş-ə (Yüksək Məclis) çıxarılan qərar millət vəkilləri tərəfindən qəbul edilib.

Qırğız yazıçısı Chinghiz Aitmatov (1928-2008) dünya ədəbiyyatının klassiklərindən sayılır.

O, «İlk müəllim», «Gün var əsrə bərabər», «Darağacı», «Əlvida, Gülsarı» və s. məşhur romanların müəllifidir.

Yazıçı Sovetlər dönəmində 3 dəfə Dövlət Mükafatına və dünyanın saysız ədəbiyyat mükafatlarına layiq görülüb.

Chinghiz Aitmatov 2008-ci ildə 80 yaşında Almaniyanın Nüremberq şəhərində yerləşən klinikada vəfat edib.