«Neftçi» İtaliyada «İnter»ə 2 qol vurur

İllüstrasiya fotosu

-
Avropa Liqasının qrup mərhələsində çıxış edən "Neftçi" gözlənilmədən güclü "İnternazionale" (bu kluba "İnter" də deyirlər) klubu ilə xalları bölməyə nail olub 2-2.

Dekabrın 6-da Milanda, Giuseppe Meazza stadionunda keçən oyunun əvvəlində meydan sahibləri hesabı açıblar. Matçın 9-cu dəqiqəsində Xorvatiya mənşəli hücumçu - Marko Livaja fərqlənib.

Birinci hissə 1-0 hesabı ilə başa çatıb. 2-ci hissənin əvvəlində "Neftçi"nin 6 nömrəsi Rəşad Sadıxov hesabı bərabərləşdirsə də, Livaja dərhal İtaliya klubunu yenidən hesabda irəli çıxarıb, 2-1.

Oyunun son dəqiqələrində Çili mənşəli "Neftçi" oyunçusu Nicolas Canales 2-ci qolu "İnter"in qapısından keçirərək öz komandasını məğlubiyyətdən xilas edib. Gərgin keçən oyunda hakim 4 sarı vərəqə göstərib, hər komandadan 2 oyunçu xəbərdarlıq alıb.

Əslində, meydan sahibləri üçün nəticənin elə də böyük əhəmiyyəti yox idi. Artıq məlum idi ki, Avropa Liqasının "H" qrupunda yarışan "İnter", Rusiyanın "Rubin" (Kazan) klubu ilə birlikdə mübarizəni davam etdirir.

"H" qrupunun digər görüşündə, "Partizan" (Belgrad) -"Rubin" (Kazan) görüşündə də xallar yarı bölündü: 1-1. Bununla da, "Partizan" da "Neftçi" kimi yarışı 3 xalla başa vurdu və daha yaxşı top fərqinə əsasən qrupda 3-cü yerdə qərarlaşdı.

Qrup oyunları başa çatandan sonra Avropa Liqasının növbəti mərhələsinə aşağıdakı komandalar keçdi:

Liverpul (İngiltərə)
Anji (Mahaçqala, Rusiya)

Viktoriya (Plzen, Çexiya)
Aletiko (Madrid, İspaniya)

Fenerbaxça (İstanbu, Türkiyə)
Borussiya (Mönxenqladbax, Almaniya)

Girondins (Bordo, Fransa)
Nyu Kastl (İngiltərə)

Steua (Buxarest, Rumıniya)
Ştudqart (Ştudqart, Almaniya)

Dnipro (Dnepropetrovsk, Ukrayna)
Napoli (Neapol, İtaliya)

Racing Genk (Genk, Belçika)
Bazel (Bazel, İsveçrə)

Rubin (Kazan, Rusiya)
İnternazionale (Milan, İtaliya)

Lazio (Roma, İtaliya)
Tottenham (London, İngiltərə)

Metallurq (Xarkov,Ukrayna)
Bavariya (Leverkuzen, Almaniya)

Hannover 96 (Hanover, Almaniya)
Levante UD (Valensiya, İspaniya)