Portuqaliya-Azərbaycan - 3:0

Arxiv foto

-
Sentyabrın 11-də futbol üzrə Azərbaycan milli komandası 2014-cü il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Portuqaliya yığması ilə qarşılaşıb.

Portuqaliyada keçirilən oyun 3:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Qarşılaşmanın birinci hissəsində qapılara qol vurulmayıb.

Hesabı 64-cü dəqiqədə Silvestre Varela açıb.

Oyunun 85-ci dəqiqəsində Hélder Postiga fərqlənib.

Azərbaycanın qapısından üçüncü qolu isə 88-ci dəqiqədə Brunu Alves keçirib.

OYUNDAN ƏVVƏL

Azərbaycan yığmasının keçmiş baş məşqçisi Şahin Diniyev AzadlıqRadiosuna qarşılaşmanın çətin olacağını bildirib:

«Portuqaliya yığması həm güclü, həm də çox sürətli komandadır. Azərbaycan futbolunun ən böyük bəlası da sürətli hücumların qarşısını ala bilməməsidir. Buna görə millini çox çətin oyun gözləyir».

F qrupunda yer alan Azərbaycan millisi ilk oyununu sentyabrın 7-də Bakıda İsrail yığmasına qarşı keçirmişdi. Oyun 1:1 hesabı ilə başa çatmışdı.