Avqustun 30-da Azərbaycan idmançıları London Paralimpiya Oyunlarında mübarizəyə başlayır.
Yarışmaya ilk qoşulan üzgüçüsü Natali Proninadır. O, sərbəst üsulla 400 metr məsafəni qət etməlidir. Yarış Bakı vaxtı ilə saat 14:03-də başlayır.
Əkbər Məmmədov 10 metr məsafəyə atəşaçmada, Zinyət Vəliyeva isə kamandan oxatmada qüvvəsini sınayacaq. Atəşaçma yarışları saat 15:45-də, kamandan oxatma turniri isə saat 18:00-dədir.
Bundan başqa azərbaycanlı cüdoçulardan Ramin İbrahimov (60 kq) və Bayram Mustafayev (66 kq) də mübarizəyə qoşulacaq.
Ramin İbrahimov koreyalı Min-Ca Li, Bayram Mustafayev isə rusiyalı Viktor Rudenko ilə üz-üzə gələcəklər. Cüdo yarışları saat 15:00-da başlayır.