-
Avqustun 16-da Çex Respublikasında şahmat üzrə yeniyetmələr arasında Avropa Çempiotanının rəsmi açılış mərasimi keçirilib. 46 ölklədən 1173 şahmatçının iştirak etdiyi çempionatın oyunları 17-25 avqust tarixlərində paytaxt Praqada keçiriləcək.
Azərbaycanı Çempionatda 8-18 yaş aralığında 40 şahmatçı təmsil edir. Azərbaycan nümayəndə heyətinin rəhbəri Asif Həsənovun sözlərinə görə, komandadan əsas medal gözlədiyi şahmatçıları əvvəllər beynəlxalq turnirlərdə yüksək nəticələr göstərmiş zəka sahibləridir: “Əsas ümidlərimiz Abdulla Qədimbəyli, Aydan Hojjatova, Günaya Məmmədzadədır. Ancaq şahmat elə oyundur ki, burda çalışmaqla hər şey əldə etmək olar. Üstəlik, uşaqların çoxu azyaşlıdır və bu onların ilk beynəlxalq yarışıdır.”
Azərbaycan şahmatçıları 6 yaş qrupu üzrə 12 medal uğrunda mübarizə aparacaqlar.
Nümayəndə heyəti rəhbərinin sözlərinə görə, Azərbaycan təmsilçiləri əsasən Bakı, Gəncə, Sumqayıt, Masallı şahmat məktəbinin yetirmələridir.
Turnirdə başqa ölkələri də təmsil edən azərbaycanlı şahmatçılar var. Nihad Abdulla, Murad Abdulla, Vaqif Ramazanov yarışda Şotlandiya yığmasının heyətində çıxış edəcək.
Turnirin ən azyaşlı iştirakçısı da Azərbaycan yığmasının tərkibindədir. 7 yaşlı Ayan Allahverdiyeva ilk dəfədir ki, beynəlxalq turnirdə iştirak edir.
Turnir avqustun 26-da başa çatacaq.