-
Azərbaycan güləşçiləri London Olimpiadasında bir gündə iki Qızıl Medal qazanıblar.
84 kq. çəki dərəcəsində Şərif Şərifov bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda Puerto Riko idmançısına üstün olub.
Azərbaycanın digər sərbəst güləşçisi Toğrul Əsgərov isə 60 kq. çəki dərəcəsində Azərbaycana ilk qızıl medalı qazandırıb.
Bununla da, Azərbaycanın Olimpiadada qazandığı medalların sayı 9-a çatıb. Onlardan 2-si qızıl, 2-si gümüş və 5-i bürüncdür.