Qubada qolf sahəsi oktyabrın 31-dək tamamlanacaq. Bu barədə Azərbaycan Qolf Federasiyasının facebook səhifəsində məlumat yerləşdirilib.
Məlumata görə, federasiya sentyabrın ortasından oktyabrın 31-dək hazırlıq tədbirləri keçiriləcək.
«Hava yaxşı olsa, o vaxtacan oynamağa bəzi dəliklər də hazır olacaq», məlumatda vurğulanır.
Sahəni qlobal Troon şirkəti hazırlayır.
Şirkət bu yaxınlarda elan edib ki, Qubada Qolf Klubu tikəcək. «Bu klub ölkədə ilk belə obyektdir, bu yaxınlarda yaradılmış Azərbaycan Qolf Federasiyasının baş ofisi olacaq».
Troon şirkətinin məlumatında o da deyilirdi ki, 18 dəlikdən ibarət tam çempionat səviyyəli qolf sahəsi oktyabrda tamamlanacaq, sentyabradək isə bir neçə dəlik hazırlanacaq. Ərazidə digər qurğuları ZQAN Construction şirkətinin hazırladığı bildirilir.
Azərbaycan Qolf Federasiyası (AQF) bu ilin əvvəlində yaradılıb. Federasiyanın prezidenti nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur.
AQF həmçinin 2012-ci il Britaniya Biznes Qrup İllik Açıq Qolf Çempionatına sponsorluq edəcək.