London-2012: Daha iki idmançı uğursuz çıxış edib

-
Azərbaycanın sonuncu cüdoçusu 100 kq çəki dərəcəsində yarışan Elmar Qasımov 1/4 finalda məğlub olub. O, koreyalı idmançı Hi-Ti Hvanqa uduzaraq yarımfinala çıxa bilməyib.
Lakin Elmar Qasımovun hələ təsəlliverici yarışlarda qüvvəsini sınamaq şansı qalır. O, bu görüşlərdə qalib gələ bilsə, bürünc medal qazana bilər.

Azərbaycanlı avarçəkən Nataliya Mustafayeva da finala çıxa bilməyib.
Yarışdığı qrupda sonuncu yeri tutan idmançı yalnız B finalında çıxış etmək hüququ qazanıb.

Olimpiya oyunlarına vəsiqə qazanan 53 Azərbaycan idmançısından 20-i uğursuz nəticə göstərib.