Boş yerləri doldurmaq üçün London Olimpiadasına təzədən biletlər satılır

-
London Olimpiadasının təşkilatçıları Olimpiya Stadionunda boş qalan yerləri doldurmaq üçün biletlərin yenidən satılmasına başlayır. Təşkilatçılar bildirirlər ki, istifadə olunmasını gözləmədikləri biletləri geri alıb yeni adamlara – stadiona gələcəyinə əmin olduqları adamlara satacaqlar.

Təşkilat Komitəsinin sözçüsü bazar ertəsi internet üzərindən 3000 bilet satdıqlarını bildirir. Yeni satışa çıxarılan biletlər də yalnız Britaniya vətəndaşlarına satılır. O, əlavə edir ki, akkreditə olunmuş yerlərin sayını da 15 faiz azaldırlar.

Yarışların keçirildiyi məkanların çoxuna biletlər əvvəlcədən satılıb qurtarsa da oyun zamanı yerlər boş qalır. Təşkilatçılar boş qalan yerlərin əsasən akkreditə olunmuş idman rəsmiləri və jurnalistlərin olduğunu, onların da oyunlara gəlmədiklərini bildirirlər.