-
İyulun 30-da London Olimpiya Oyunlarında 1/16 finaldan mübarizəyə qoşulan Azərbaycan cüdoçusu Rüstəm Orucov (73) Cənubi Afrika Respublikasından olan Gideon Van Zyl'ə qalib gəlib.
R.Orucov hesabda geri olmasına baxmayaraq, rəqibini ippon fənni ilə məğlub edib. Onun 1/8 finaldakı rəqib rusiyalı Mansur İsayev olacaq.
Olimpiadada artıq iki Azərbaycan cüdoçusu öz çıxışını başa vurub. 60 kq-da İlqar Muşkiyev elə ilk çıxışında uduzub. Tərlan Kərimov (66 kq) isə turniri 7-ci pillədə başa vurub.