«Sərgüzəşti – Vəziri Xani Lənkəran»... Vətənə dönür

Foto: Arxiv

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi cənub bölgəsinə qastrol səfərinə gedəcək.

Xəbəri AzadlıqRadiosuna teatrın mətbuat xidməti verib.

Dahi dramaturqun eyniadlı əsəri əsasında hazırlanmış dörd pərdədən ibarət səhnə əsəri iyunun 26-dan 30-dək Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Astara, Lənkəran və Şirvan rayonlarında nümayiş etdiriləcək.

Quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova olan tamaşanın musiqi tərtibatı Xalq artisti Cavanşir Cəfərova, rəqslərin quruluşu Zakir və Leyla Ağayevlərə məxsusdur.

Tamaşada rolları Əməkdar artistlər Lətifə Əliyeva, Gülər Nəbiyeva, Leyli Vəliyeva, Nofəl Vəliyev, Şövqi Hüseynov, Seyidşah Məmmədov, aktyorlar İradə Rəşidova, Aydın Dəmirov, Kərəm Hadızadə, Vüsal Mehrəliyev ifa edəcək.