İtaliya--İspaniya: Ə, bir-bir! (FORUM)

Qdansk (Polşa). İspaniya-İtaliya matçlndan görüntü

-

Mayın 10-da futbol üzrə Avropa çempionatının növbəti oyunları keçirilir.

Polşanın Qdansk şəhərində İspaniya və İtaliya milliləri qarşılaşır. Birinci hissədə hesab açılmayıb. İspanların nisbi üstünlüyü ilə keçən birinci taymda hər iki tərəf təhlükəli ​vəziyyətlər yaradıb. Lakin ya qapıçılar yaxşı oynayıb, ya da hücumçular qeyri-dəqiq olublar.

Oyunun 61-ci dəqiqəsində Di Natale dəqiq zərbə ilə hesabı açlr.

2 dəqiqə sonra Fabreqas hesabı bərabərləşdirir.

Oyunun sonluğu İspanların üstünlüyü ilə keçib. İspaniyalı Fabregası əvəz edən Torres fəal olub. O, 2 dəfə qapıçı ilə təkbətək çıxsa da, bririnci dəfə İtalyanın təcrübəli qapıçısı Buffon onun fəndini əvvəlcədən görərək qabaqlayıb. İkinci dəfə isə Torres qapıçının qabağa çıxdığını görüb topu onun başının üstündən atmaq istəyib, lakin dəqiq olmayıb - top həm qapıçının, həm də qapının üstündən keçib.
4 QOLDAN 3-Ü "KƏLLƏ" İLƏ VURULDU

C qrupunda yarışan İrlandiya-Xorvatiya oyunu olduqca maraqlı keçdi. Birinci hissə 2-1 hesabı ilə Xorvatiyanın xeyrinə bitdi. Mundzukic çempionatın ən erkən qolunu vurdu, artıq 3-cü dəqiqədə başı ilə kifayət qədər uzaq məsafədən topu İrlandiyanın qapısından keçirdi. 15 dəqiqə sonra St.Ledger, həmçinin başı ilə, hesabı bərabərləşdirdi. Birinci taymın sonunda rəqib qapısı ağzında gözlənilməz hədiyyə kimi topu alan Jelavic Xorvatiyanı yenidən hesabda irəli çıxartdı. İkinci hissənin əvvəlində Xorvatiya 3-cü topu vuraraq hesabı artırdı. Gərgin keçən oyun beləcə, 3-1 Xorvatiyanın qələbəsi ilə bitdi.

Xorvatiyanın 2-ci qolunu vuran Jelavicin topu qəbul etdiyi mövqe aydın off-side vəziyyəti idi. Bəs hakim Bjorn Kuipersin bu topu nəyə görə saydığını bilirsən?

Bu oyunda 4 topdan 3-ü, azarkeşlərin dili ilə desək, KƏLLƏ ilə vuruldu. Topu cərimə meydanına qaldırıb onu başla qapıya vurmaq fəndi İngiltərədə yaranıb. Kim bilir, bunun xüsusi səbəbi varmı, niyə məhz İngiltərədə, Brazilyada yox?

Cavabları yazmaq və oyunlar haqda fikrini bölüşmək üçün
EURO2012 FORUMUNA GƏL

.