"Galatasaray" Türkiyə çempionu oldu

Bu ilin aprelində keçirilən “Fənərbaxça”-“Qalatasaray” oyunundan arxiv foto.

Türkiyə Super Liqası tarixində 12 may tarixi əlamətdar hadisələrlə yadda qalacaq.

İlk dəfə ölkə çempionu sonuncu turda əzəli rəqiblərin matçında müəyyənləşdi. "Galatasaray" qonaq meydanında "Fenerbahçe"yə qarşı oyunda özünə lazım olan nəticəni əldə etdi - heç-heçə (0:0).

Beləliklə, “Galatasaray” tarixində 18-ci dəfə Türkiyə birincisi oldu.

Matçın baş hakimi Cüneyt Çakır futbolçulara 12 sarı və 2 qırmızı vərəqə göstərib.

Qaliblərin baş məşqçisi Fatih Terim isə Türkiyə rekordlarından birini qırdı - 5 ölkə çempionluğunu yaşayan ilk çalışdırıcı oldu: 1996/1997-1999/2000-ci illər mövsümləri və bu ilki çempionatda.

Matçın videohesabatı:

http://www.youtube.com/embed/xM4kKnYW7qo?rel=0