Munchun əsəri 120 milyon dollara satıldı

Rəssam Edvard Munchun “Bağırtı” əsəri Nyu-Yorkda keçirilən hərracda rekord qiymətə - 120 milyon dollara satılıb. Başını tutub qanlı-qırmızı səma altında qışqıran obrazdan ibarət bu əsər Norveç ekspressionist rəssamının dörd versiyada çəkdiyi əsərdən biridir.

1895-ci ilin sənət əsəri əldə qalan yeganə işdir.

Bundan əvvəlki ən bahalı sənət əsəri rekordunu Pikassonun “Çılpaq, yaşıl yarpaqlar və büst”ü vurub. Əsər iki il əvvəl 106,5 milyona satılıb.