Avropada futbol weekend`i (10-11 mart)

Manchester United'li Wayne Rooney (sağda) bu turda "dubl" edərək komandasına qələbə gətirdi

Bitən həftəsonu Avropanın futbol üzrə aparıcı çempionatlarında ən çox diqqəti cəlb edən matçlar haqda.

İNGİLTƏRƏ

Mərkəzi hadisə Mançester klubları ilə bağlı oldu. Bazar günü uzun fasilədən sonra İngiltərə Premyer-Liqasının zirvəsinə “Manchester United” qayıtdı.

Eyni zamanda keçirilən matçlarda “Man.United” “West Bromvich”i 2:0 yendi, “Manchester City” isə “Swansea”yə 0:1 uduzdu. Bu da imkan “şeytanlar”a “şəhərliləri” 1 xal qabaqlamağa imkan verdi.

“Dumanlı Albion”dakı turnirin 28-ci turu çərçivəsində “Chelsea” klubu yaradılmasının 107-ci ilini qələbə ilə qeyd etdi. Məhz əlamətdar gündə, martın 10-da “zadəganlar” “Stoke City” komandasını məğlub etdilər – 1:0.

Daha bir maraqlı fakt odur ki, bu matçda yeganə qolun müəllifi ertəsi gün – martın 11-də - öz 34-cü doğum gününü qeyd edən Didier Drogba oldu. Bu qol həm də onun “Chelsea”dəki 100-cü qolu oldu.

Digər matçlardan “Liverpool” və “Tottenham Hotspur”un məğlubiyyətlərini qeyd etmək olar.

“Mersisaydlar” qonaq meydanında İngiltərə Premyer-liqasının ilk 4-lüyünə düşmək şansları üzərindən demək ola ki, xətt çəkdilər – “Sanderland” 1:0 hesabıyla “Liverpool”u yendi.

Eurovision-2011`in qalibi Nigar Camalın azarkeşlik etdiyi “Tottenham” isə dalbdal 3-cü məğlubiyyətini yaşadı – “Everton”la 0:1. Dörd il əvvəl bu cür uğursuz göstəricilərə görə o vaxtkı baş məşqçi, Juande Ramos istefaya göndərilmişdi. İnikini isə guman ki, bu cür tale gözləmir – Redknapp`ı İngiltərə millisinin rəhbərliyinə gətiriləcəyi gözlənilir.

İSPANİYA

Pireney adasında “Real Madrid” və “Barcelona” arasında 10 xallıq fərq qorunub saxlandı.
“Kral klubu” dalbadal 11-ci qələbəsini Sevilyada yerli “Betis”ə qarşı qazandı – 3:2. “Blauqrana” isə “Rasing”dən qonaq meydanında üstün oldu – 2:0.

Diqqəti cəlb edən odur ki, ən sərrast futbolçu siyahısında bir-birilə mübarizə aparan Cristiano Ronaldo və Leo Messi bu matçlarda hərəyə 2 qol vurdular. “Real”lı portuqaliyalının hesabında Primerada artıq 32 qol var, argentinalı isə hələki 30 qolla kifayətlənməli olur.

İTALİYA

Apenin yarımadasının Serie A`sında isə “İnternazionale” də öz 104-cü ildönümünü qələbə ilə qeyd edən klubların siyahısını artırdı. Veronada milanlılar yerli “Chievo”nu son 7 dəqiqədə vurduqları 2 qolla məyus etdilər – 2:0.

Ən qollu matç isə vaxtilə Maradona`nın zəhmətilə dünya məşhurluğunu qazanan “Napoli” və “Cagliari” arasında oldu – 6:3. Uduzanların bütün üç qolunu Joaquin Larrivey adlı futbolçu vurdu.

Cədvəlin 1-ci pilləsində “Milan” onu izləyən “Juventus”dan xal fərqini 2 dəfə artırdı. “Rossonerilər” “Lecce”ni 2:0 məğlub etdiyi zaman, “qoca sinyora” isə mövsümdə 14-cü heç-heçəsini etdi – “Genoa” ilə 0:0.

ALMANİYA

Bundesliqa`da isə “Bayern” coşdu” demək bəlkə də yerinə düşərdi. Münhenlilər öz meydanında “Hoffenhaim”a böyük “əziyyət” verdilər – 7:1. Bu matçda Mario Gomez 3 qol, Robben 2 qol və 2 assist (qol pası) və Frank Bilal Ribery 1 qol və 3 assist edərək yadda qaldılar.

TÜRKİYƏ

30-cu turda İstanbul klubları paytaxt Ankara komandalarını eyni – 2:0 hesablı qələbələriylə ütələdi: “Galatasaray” “Genclerbirligi”ni, “Fenerbahçe” isə “Ankaragücü”nu məğlub etdi.

Cədvəldə “cim-bom”lular “sarı kanaryaları” 9 xal qabaqlayır və 1-ci yerdədirlər.