Azərbaycanla Gürcüstanın Euro-2020 arzusu

Mikheil Saakashvili (solda) və İlham Əliyev, Bakı, 6 mart 2012

-

Azərbaycan
Gürcüstan 2020-ci ildə futbol üzrə Avropa çempionatının bu ölkələrdə keçirilməsi üçün ərizə təqdim edəcək.

Bunu martın 6-da Gürcüstan prezidenti Mixeil Saakaşvili Azərbaycan parlamentində çıxışı zamanı bəyan edib.

UEFA 2020-ci ildə Avropa çempionatı keçiriləcək ölkələrin adını 2014-cü ildə təsdiqləyəcək.

Bu günədək Euro-2020-ni keçirmək üçün 7 ərizə verilib: Türkiyə, Hollandiya, Belçika, Rumıniya-Bolqarıstan, Çexiya-Slovakiya, Bosniya və Hersoqovina-Xorvatiya-Serbiya, eləcə də İrlandiya-Şotlandiya-Uels.

Azərbaycan vaxtilə Euro-2012-nin də keçirilməsinə ərizəsini irəli sürüb, lakin birinci seçmə mərhələdən keçə bilməyib.