-
«Əli və Nino» əsərinin sonluğunda deyilir ki, Gəncədəki döyüşlərdə Əli həlak oldu və az sonra respublika süqut etdi». Azərbaycan Milli Məclisində çıxışının sonunda Qurban Səidin «Əli və Nino» əsərindən misal gətirən Gürcüstan prezidenti Mikheil Saakashvili əlavə etdi ki, bu əsərin xoşbəxt sonluğunu hər iki xalq birgə yazmalıdır.
O, çıxışında Azərbaycan Xalq Cumhuriyyətinin banilərindən biri olan Məmməd Əmin Rəsulzadənin adını çəkib elə azərbaycanca da söylədi: «Bir kərə yüksələn bayraq, bir daha enməz».
Martın 7-də parlamentə müraciətində prezident Saakashvili söylədi ki, azərbaycanlı həmkarı Əliyevlə görüşündə birgə transmilli layihələrdə iştirak etməyə razılaşıblar.
http://www.youtube.com/embed/XCm8ZrPbS7k?rel=0
Saakashvilinin sözlərinə görə, ona da razılaşıblar ki, Futbol üzrə Avropa Çempionatına ev sahibliyi etmək üçün birgə müraciət etsinlər.
Azərbaycan və Gürcüstan xalqlarının eyni taleyi bölüşdüyünü deyən Saakashvili xatırladıb ki, hər iki ölkə ilk dəfə müstəqilliyini eyni vaxtda elan ediblər. O, 1918-ci ildə Azərbaycanın öz müstəqilliyini Tbilisidə elan etməsini də təsadüfi saymır.
Saakashvilinin sözlərinə görə, tarix boyu hər iki ölkə işğalçılara qarşı mübarizə aparmalı olub.
«Rusiya ətrafında sərbəst, müstəqil qonşu yox, vassalı görmək istəyir»
Rusiyanın regionda mövqeyinə gəlincə, Gürcüstan prezidenti deyib ki, qonşu ölkə Qafqaza 100 il əvvəlki nəzərlə baxır. «Rusiya ətrafında sərbəst, müstəqil qonşu yox, vassalı görmək istəyir» deyən Saakashvili əlavə edib ki, əslində Rusiyanın qonşuluğunda güclü, müstəqil dövlətin olması onun da xeyrinədir.
Parlamentdə çıxışında Gürcüstan prezidenti bildirib ki, onlar Rusiya ilə sadələşdirilmiş viza rejimini uzadıblar və bununla 150 milyonluq dövlətə əl uzadıblar. Saakashvilinin izahına görə, bununla da bildirmək istəyirlər ki, onlar Rusiya əhalisini turist, elm, incəsənət adamı kimi qarşılamağa hazırdırlar, işğalçı kimi yox.
Saakashvili deyir ki, o, güclü, qüdrətli Rus dövlətinin olmasının tərəfdarıdır, amma öz xalqını işğalçılıq hesabına yedizdirən bir dövlət olmasının əleyhinədir.
Gürcüstan prezidenti Azərbaycan parlament kürsüsündən onu da bəyan etdi ki, hər iki dövlət strateji müttəfiqdir və bu müttəfiqliyin hesabına daha da inkişaf etməlidirlər.