“Mona Lisa”nın “ekiz tayı” sərgilənməyə başladı

"Mona Liza"nın oxşarı

İtalyan rəssamı Leonardo da Vinçinin məşhur “Mona Lisa” ("La Gioconda") rəsminin oxşarı Madriddəki Prado Milli Müzeyində sərgilənmyə başlayıb.

Dünya mətbuatı bu sərgiyə xüsusi diqqət ayırır.

Muzeyin idarəçiləri bu əsərin dəyərinin onun orijinalla eyni vaxtda və eyni studiyada çəkilməsində görürlər.

Tablo ilk dəfə mətbuatın və xalqın qarşısına çıxarılıb.

“Mona Lisa” martın 13-dək burada qalacaq.

Sonra onu martın 29-dan iyunun 25-dək Luvr Muzeyində görmək mümkün olacaq.

Xatırladaq ki, bu tablo 200 yaşı olan “Prado” muzeyindən tapılıb.

Uzun zaman adi bir kopya--surət kimi qəbul edilib.

2 il öncə başlayan bir araşdırma tablonun Leonardo da Vinçinin emalatxanasına məxsus olduğunu üzə çıxarıb.

Araşdırıcılar rəsmin əsl “Mona Lisa” ilə eyni anda, ola bilsin ki, dahi rəssamın şagirdlərindən biri tərəfindən çəkilməsi qənaətinə gəliblər.

Ən maraqlısı isə budur ki, tablo Luvrda sərgilənən əsl “Mona Lisa”dan daha yaxşı qorunub və rəngləri daha parlaqdır.

Aradan keçən 520 il bu "Mona Lisa"nı daha az qocaldıb.