Hülya Avşar kürdcə oxudu (VİDEO)

Kürd musiqisinin tanınmış nümayəndəsi Ciwan Haco yeni albom çıxarıb. Albom “Yeğer” (Dönüş) adlanır. Albomun ən böyük özəlliyi onun türk şərqilərini kürdcə oxumasıdır. Məsələ burasındadır ki, Ciwan Haco uşaqlıqdan TRT Radiosundan dinlədiyi və sevdiyi türk mahnılarına kürdcə sözlər yazıb və oxuyub. Bəzi mahnıların sözlərinin tərcüməsində Hacoya bacısı Dilbər də kömək edib.

Sürpriz bununla bitməyib. Haco Aşıq Daiminin “Bu da gelir, bu da geçer ağlama” adlı ölümsüz əsərindən uyğunlaşdırılıb “Əsmər” adında səsləndirilən mahnını Hülya Avşarla duetdə oxuyub. Hətta mahnıya klip də çəkdirib. Hülya Avşar hələ 2009-cu ildə Ciwan Hacoya duet sözü veribmiş. Ötən ilin oktyabrında isə TNT-də yayımlanan “Hülya Avşar Show”un yeni sezonda ilk proqramına qonaq olan Ciwan Haco ilə birgə duet oxuyub.

Xatırladaq ki, soyadından da bəlli olduğu kimi, Hülya Avşarın atası türk, anası isə deyilənə görə, kürddür. Qaldı adıçəkilən “Bu da gelir bu da geçer ağlama” türküsünə--həmin türkünü tanınmış ozan Arif Sağ oxuyub.