İslam haqqında kitab "ilin kitabı" seçilə bilər

Misirdə Hərbi Şuraya qarşı etirazlar. Qahirə, Təhrir meydanı, 20 yanvar, 2012

Türk yazıçısı Mustafa Akyolun yazdığı "Islam Without Extremes: A Muslim Case for Liberty" (Aşırılıklar Ötesi İslam: Müslümanca Bir Özgürlük Savunusu) adlı kitab “İlin kitabı” nominasiyasında yarışacaq.

Kitab ABŞ-dakı WW Norton nəşriyyatında ingilis dilində çıxıb.

Kanadadakı Lionel Gelber Vakfı’nın mükafata namizəd göstərdiyi 10 kitab arasında Mustafa Akyolun bu kitabı da var.

Adıçəkilən vaqf “İlin ən yaxşı kitabı” mükafatını hər il təqdim edir. Toronto Universitetinin dəstəyilə 1989-cu ildən verilən mükafat ”Ölkələrarası önəmli məsələlərdə ictimai müzakirələr doğuran ən yaxşı ingiliscə araşdırma kitabı” na verilir.

Bu il namizədlər arasında Henry Kissinger, Francis Fukuyama ve Niall Ferguson kimi tanınmış adlar da yer alır.

Yazıçı özü yerli mediaya kitabın adının türkcə fərqli olacağını deyib.

Akyol başlığın nəşriyyat tərəfindən verildiyini vurğulayıb və türkcə çıxacaq kitaba “Özgürlüyün islami yolu” adını seçdiyini söyləyib:

“Son 10 ildir, bəlkə də 20-30 ildir ki, Qərb dünyasında İslamiyyət haqqında xeyli qaranlıq bilgi və tənqidi baxış var. Bu kitab bir az bunlara sinə gərən, bir az da İslam dünyasında problemlər olduğunu, amma onların qaynağının din deyil, ənənələr, dindən kənar sosial fəaliyyətlər, siyasi sistemlər olduğunu və bunlardan daha fərqli—bütün bu dediklərimi analiz edən bir liberal-demokrat müsəlman baxış bucağının da ola biləcəyini anladan kitabdır”.
Kitabın ingiliscəsi ötən ilin iyulunda çıxıb. Yazıçı kitabı türkcəyə tərcümə etdiyini və müəyyən düzəlişlərdən sonra bir-iki aya çapa təqdim edəcəyini yazıb.

Yazılışına 2008-ci ildən başlanmasına baxmayaraq, kitabda müəllif “Ərəb baharı”na da yer ayırıb: “Kitab çap ərəfəsində olanda “Ərəb Baharı” başladı. Kitabda ona da yer ayırası oldum. “Ərab Baharı”nda iqtidara gələn İslamçı və ya İslami yönlü partiyaların qarşılaşacaqları bəzi məsələlərə də kitabda nəzər salınıb”.

Kitabın həm qərblilərə, həm də müsəlmanlara xitab etdiyini deyən yazıçı əsərin ərəbcəyə də çevriləcəyini, hətta bəzi Avropa ölkələrindən də tələb gəldiyini bildirib Yeri gəlmişkən, ingilis nəşri İslami kitablar arasında ən çox satılan kitab olub.