Şəxsi davalar, yoxsa ciddi teatr islahatı?

--Teatrlarda nə baş verir, şəxsi haqq-hesab, yoxsa ciddi və vacib islahat?

AzadlıqRadiosunun “İz” proqramının növbəti buraxılışı Azərbaycan teatrının hazırkı durumuna həsr olunub.

Verilişdə tanınmış teatrşünas Aydın Talıbzadə maraqlı açıqlamalarla çıxış edəcək.

--Bu qədər xalq artisti olan teatrlarda işləmək asandır, yoxsa çətin?

--Baş rol oynamaq istəyən və işdən çıxarılan xalq artistlərinin yerini doldurmaq olacaqmı?

--Adi tamaşaçıdan teatrşünas gözünün çoxmu fərqi var?

--Jurnalistlər xeyli vaxtdır teatrlarda tamaşaçı qıtlığından, repertuar sönüklüyündən, aktyor kasıbçılığından gileylənirlər. Bəs teatrşünaslar necə qarşılayır bütün bunları?

--Azərbaycan teatrında nəsil dəyişikliyinə ehtiyac varmı?
Bu sualların cavabı yanvarın 15-də --bazar günü saat 20 05-də efirə gedəcək “İz” proqramında.

PROQRAMI BU GÜN SAAT 20 05-DƏN DİNLƏ

Azadlığın “İz”ini itirməyin.