T.Yıldız: «Azərbaycanla yeni saziş «Nabucco»ya qarşı yönəlməyib»

Taner Yildiz

Azərbaycanla bölgədəki mövcud balansı dəyişdirəcək anlaşma imzaladıq”.

Türkiyə mətbuatının məlumatına görə, bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız jurnalistlərə açıqlamasında deyib.

O, “Şahdəniz 2” layihəsi ilə bağlı Azərbaycanla imzalanan sazişin indiyədək qaz sahəsində bölgədə imzalanan yeganə real sənəd olduğunu bildirib.

Nazir qeyd edib ki, sazişə yeni qaz kəmərinin çəkilməsi də daxil edilib və bu xətt güclü bir alternativ olsa da Nabuccoya qarşı yönəlməyib.

T. Yıldız bildirib ki, “Şahdəniz” konsorsiumuna daxil olan şirkətlər bu layihəyə təxminən 22 milyard dollar kapital qoyacaq və ilk qaz 2018-ci ildə nəql olunacaq.

O qeyd edib ki, bu layihə çərçivəsində Türkiyəyə 6, Avropaya isə 10 milyard kubmetr qaz ixrac ediləcək.

Türkiyə aldığı qazı başqa ölkələrə də sata bilər.