«Suraxanı rayonunun Duzlugöl adlanan ərazisindəki torpaq sahəsinin mənə və ailəmə heç bir aidiyyəti yoxdur».
Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov «Media forum» saytına açıqlamasında belə deyib.
Şöbə müdiri bildirib ki, bəzi adamlar onun məsələyə qarışmasına, sonra isə yaxşı bir mübahisənin yaranmasına çalışırlar:
«Onlar da belə şeylərdən ləzzət alırlar. Yazılanların hamısı tamamilə yalan, böhtandır və qərəzlidir. Bəzi adamlar var ki, heç nəyi araşdırmaq, məsələnin məzmununu öyrənmək istəmirlər və yalan, böhtan yazırlar. Onlar qanunvericiliklə, qaydayla, həqiqətin nədən ibarət olması ilə maraqlanmırlar. Bu da bir növ onların xəstəliyidir. Nə qədər və nə istəyirlər yazsınlar, desinlər. Boş-boş söhbətlərə görə mən özümü onların səviyyəsinə salıb onlarla danışmaq istəmirəm».
Novruz Məmmədov daha sonra deyib ki, özünün və ailəsinin Duzlugöldəki torpaq sahəsi ilə heç bir əlaqəsi olmasa da, həmin ərazidə baş verən proseslər haqda yazılanların tam yanlış olduğunu bilir: «Mən bunu tam dəqiq bilirəm. Ona görə də məsələyə qarışmaq istəmirəm».
Suraxanı Rayon Məhkəməsində Bakı sakini Gülnarə Məmmədovanın iddiasına baxılır.
Gülnarə Məmmədova iddianı Duzlugöldə sahibi olduğu torpaqlarda xırda ticarətlə məşğul olan məcburi köçkün Nurəddin Məmmədova və daha 5 nəfər məcburi köçkünə qarşı qaldırıb. İddiaya görə, məcburi köçkünlər burada Məmmədovlara məxsus tikililəri söküblər. Amma həmin tikililərin yeri, sayı, nə vaxt və nə üçün tikildiyi iddiada göstərilmir. Gülnarə Məmmədova məcburi köçkünlərdən 105 min manat həcmində təzminat tələb edir.
Bakı Şəhər İcra Hakimiyyəti bu əraziləri 49 il müddətinə Gülnarə Məmmədovaya icarəyə verib.
Mətbuat Gülnarə Məmmədovanın Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun həyat yoldaşı olduğunu və ərazilərin də şöbə müdirinə məxsus olduğunu yazıb.