Bakı Dünya Ətraf Mühit Gününün keçirilməsi üçün baş şəhər seçilib

Bakı Dünya Ətraf Mühit Gününün Avropa regionunda qeyd edilməsi üçün seçilən 3 şəhərdən biri olub.

Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) Dünya Ətraf Mühit Gününün keçirilməsi üçün hər il baş şəhərlər seçir. Bu il Bu il İtaliyanın Genuya, İsveçrənin Cenevrə şəhərləri ilə bərabər Azərbaycanın paytaxtı da mərkəz şəhər seçilib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Nazirlik ölkə paytaxtının bu statusa layiq görülməsini Azərbaycanda ətraf mühitin mühafizəsi, ekologiya sahəsində görülən işlərin, həyata keçirilən dövlət və milli proqramların uğurlu nəticəsi kimi qiymətləndirir.

«Çoxlu növlər, bir planet, bir gələcək» devizi altında həyata keçiriləcək builki Dünya Ətraf Mühit Günü ətraf mühitin sağlamlaşdırılması və yaxşılaşdırılması, ekoloji tarazlığın qorunması ilə yanaşı bu istiqamətdə maarifləndirmə və məlumatlılığın artırılmasını da nəzərdə tutur.